İdman 

Minifutbol üzrə Azərbaycan birinciliyi: Son çempion 10:0 hesablı qələbə qazanıb

Minifutbol üzrə Azərbaycan çempionatında II tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə dörd oyun keçirilib.

Son çempion “Birbaşa” (Bakı) “Atəşgah”ın (Suraxanı) qapısından 10 cavabsız top keçirib.

Turun digər dörd qarşılaşması (“Odlar Yurdu” – “Baku Fire”, “Veteran” – “Zirə”, “Turan” – “İnter”, “Qalaxy” – “Sumqayıt”) bu gün keçiriləcək.

Azərbaycan çempionatı

II tur

“Siyəzən” – “Aznur” – 4:5

“Dinamo” (Gəncə) – “Dirçəliş” – 2:1

“Birbaşa” (Bakı) – “Atəşgah” (Suraxanı) – 10:0

“Abşeron” – “Real” (Bakı) – 5:2

Daha çox xəbərlər