Cəmiyyət 

Narkomaniya bəşəriyyətin bəlasıdır

Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması bu gün hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın  tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsi və yabanı halda bitənlərin aşkarlanaraq məhv edilməsi məqsədilə hər il mütəmadi olaraq Göygöl rayonunda bir sıra tədbirlər həyata keçirilir.

Belə ki, narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan dövr ərzində narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkarlanması, könüllülük prinsipi əsasında müalicə və sağlam həyat tərzinə qayıtması işinin təşkilində Mərkəzi Rayon xəstəxanasının aidiyyəti əməkdaşları ilə qarşılıqlı əlaqələr qurulmaqla narkomanlar, həmçinin QİÇS və digər virusa yoluxanlar arasında tibbi gigiyena təbliğat və maarifləndirmə işinin həyata keçirilməsi təmin olunmuşdur.

Eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyinin müddəalarının və tələbləri ilə bağlı rayon əhalisi arasında izahat-təbliğat işləri aparılmaqla yanaşı narkotik və psixotrop maddələr haqqında məlumatlığın artırılması məqsədi ilə rayonun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllim və şagirdləri üçün seminar məşğələlər, profilaktik tədbirlər həyata keçirilmiş və narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, bu sahədə keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasının təmin edilməsi məqsədi ilə yerli mətbuatın, sosial şəbəkələrin və televiziyanın imkanlarından istifadə edilmişdir.

Həmçinin yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi, eyni zamanda narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğun təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların işləri üzrə təhqiqat, ibtidai və məhkəmə istintaqı dövrünü əhatə edən araşdırmalar zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması və narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar olunması və həmin bitkilərin məhv edilməsi üçün zəruri tədbirlərin keçirilməsi istiqamətində mütəmadi olaraq müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Uşaqlar və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV, QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə cari il ərzində çoxsaylı tədbirlər keçirilmişdir.

Göygöl rayonunun Şəhriyar, Toğanalı, Çaylı, Topalhəsənli, Yeni Zod, Pənahlılar, Üçtəpə, Keşkü kənd, Hacıməlik ŞTQ 1 saylı, Göygöl şəhər 5 saylı tam orta məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə, narkotik vasitələrinin yayılmasına qarşı mübarizə”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda bir sıra tədbirlər keçirilmişdir.  Eyni zamanda Göygöl Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik sağlam gələcək deməkdir” devizi altında Göygöl rayon Gənclər evində tədbir keçirilmişdir.

Hər il “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” və 01 dekabr “QİÇS əleyhinə Mübarizə günü” münasibətilə tərbirlər keçirilir. “Narkomanlığa, QİÇS-ə və digər zərərli vərdişlərə qarşı profilaktik tədbirlər haqqında” mərzə və çıxışlar dinlənilir. Aparılan müqayisəli təhlillərin nəticələri ilə yığıncaq iştirakçıları məlumatlandırılır.

2023-cü ildə 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı Narkomanlığa  və Narkotik vasitələrin Qanunsuz  Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası, aidiyyəti qurumlar və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə silsilə tədbirlər keçirilmişdir.

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya narkomanlığın yayılmasının, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də narkotik xassəli bitkilərin əkilib-becərilməsinin, bu növ bitkilərin yabanı şəkildə bitənlərinin aşkar olunub məhv  edilməsi, narkomanlığa düçar olunmuş şəxslərin müəyyən edilib qeydə alınması, onların barəsində müvafiq müalicəvi və profilaktik işlərinin yerinə yetirilməsi, narkomaniyanın insan orqanizminə ziyanı, cəmiyyətdə yaratdığı fəsadlar haqqında geniş izahat və təbliğat işlərinin aparılması sahəsində əlavə tədbirlər həyata  keçirmiş və bu istiqamətdə işləri  davam etdirir.

Kəmalə İbrahimova,
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri

Daha çox xəbərlər