Hadisə 

Yanğınları törədən manyak tutuldu – Sabirabadda ŞOK (FOTO)

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.

ARANTV.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22-23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.

Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.

Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir

  • Yanğınları törədən manyak tutuldu -Sabirabadda ŞOK (FOTO)
  • Yanğınları törədən manyak tutuldu -Sabirabadda ŞOK (FOTO)
  • Yanğınları törədən manyak tutuldu -Sabirabadda ŞOK (FOTO)

Daha çox xəbərlər