Cəmiyyət 

Sosial şəbəkədə qızları çılpaq şəkilləri ilə şantaj etdilər – Biabırçılıq

Azərbaycanda sosial şəbəkədə qızların paylaşdığı şəkillərini montaj edib şantaj edən insanlar peyda olub.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verlişində məlumat verilib.

Bloger Saleh bildirib ki, İstagram səhfəsində bəzi kişilər qızlara dostluq atırlar:

“Dostluqları qəbul edildikdən sonra həmin xanımların şəkillərini götürüb montaj edib şantaj edirlər. Həmin şantaj edən kişilərin çoxusu qız adı ilə profil açıb dostluq göndərirlər. Bununla bağlı gün ərzində mənə onlarla müraciət var. Deyirəm ki, polisə müraciət edin. Onda bildirirlər ki, ailəmiz İstagramdan istifadə etdiyimi bilib, məni qınayacaq”. big.az

Daha çox xəbərlər