Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə dəstək üçün Bərdə rayonunda imzatoplama kompaniyası keçirilib.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə dəstək üçün Bərdə rayonunda imzatoplama kompaniyası keçirilib.
Kompaniyadan öncə imza toplayan fəallara təlimlər keçirilib, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq imza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib.
Dekabrın 21- 22-də isə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının fəalları 98 saylı Bərdə -Tərtər və 99 saylı Bərdə seçki dairələri üzrə tələb olunan sayda imza toplayıblar.
Yüksək aktivlik şəraitində baş tutan prosesdə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatından 12 nəfər YAP fəalı iştirak edib. Hər bir fəal 1 imza vərəqini doldurmaq üçün dairə hüdudları üzrə seçicilərlə, o cümlədən şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, 18 yaşı tamam olmuş və ilk dəfə səs verəcək şəxslərlə, həmçinin ahıl, yaşlı seçicilərlə görüşmüş, həm evlərdə, həm də rayon təşkilatının qərargahında imza toplamışlar.
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının imzatoplama kompaniyasında seçicilər böyük ruh yüksəkliyi ilə Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevi dəstəklədiklərini bildirmislər. Böyük sevinclə imza vərəqinə dəstək imzasını çəkən 86 yaşlı Əliyeva Müşgünaz İlyas qızı bu kompaniyada yaşlı seçicilərin münasibətinin rəmzinə çevrilmişdir.
Seçicilərdən imzatoplama kompaniyası uğurla başa çatıb.







