Radikalların məkrli niyyətləri.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir. PrezidentİlhamƏliyevinölkəyərəhbərliketdiyi 2003-cü ildənbuvaxtadəkolanmüddətAzərbaycantarixinəhərtərəflivəsürətliinkişafdövrükimidaxilolub.
30 ildir ki,i şğalda olan torpaqların azad edilməsi, orada quruculuq işlərinin aparılması, bizə əmanət olan şəhid, qazi ailələrinə qayğı,ümumiyyətlə inkişaf edən Azərbaycan, bütün bunları dərk etməyən xəstə beyinlər cəmiyyətimizə ləkə gətirir.
Bu gün Azərbaycanın uğurlarına və inkişafına kölgə salmağa çalışan, qaranlıq keçmişi ilə hər bir Azərbaycan vətəndaşının yaddaşına həkk olan AXCP və Müsavat Partiyası, onların riyakar, ikiüzlü “tərəfdaşları” qərbdən maliyyələşən qrantlar müqabilində vətənə və dövlətçiliyimizə xəyanət etməkdə davam edirlər. Milli maraqlardan, millilikdən uzaq olan xəyanətkar qüvvələrin çağırışlarına isə məhəl qoyan yoxdur. Çünki artıq müxalifətin iç üzü, xəbis niyyətləri və ermənipərəst qüvvələrin çaldığı havaya oynaması hamıya məlumdur. Onlar hakimiyyətə gəlmək üçün istənilən yola gedir, yalan, əsası olmayan fikirlər səsləndirir, antiazərbaycan dairələrlə, hətta erməni lobbisi ilə də əməkdaşlıq edirlər. Bu yolu seçənlər ölkəmizin və regionun reallıqlarını nəzərə almır, beynəlxalq aləmdə baş verən proseslərin mahiyyətini dərk etmədən populist bəyanatlar səsləndirirlər. Dağıdıcı müxalifətin bütün cəhdləri iflasa uğrayır.
Radikallar “boykot” pərdəsi altında öz zəifliyini gizlətməyə çalışır. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Radikalların “boykot” qərarlarını əslində bir tamaşa adlandırmaq olar. “Boykot” texnologiyanın strateji hədəfi eyni zamanda cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir.
Əminliklə ifadə edə bilərik ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi demokratik prinsiplərə uyğun açıq siyasi mübarizə fonundadır. Qürurla qeyd edək ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan demokratik şəffaf cəmiyyət anlayışı bu gün özünün ən yüksək pilləsinə çatıb. Hazırda idarəçiliyin formalaşmasında əsas amil cəmiyyətin istək və arzularıdır. Bununla da 2024-cü ilin 7 fevral tarixində keçiriləcək seçkilər Azərbaycanın ictimai-siyasi həyatında növbəti mərhələ kimi daxil olacaq. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da bu mənada mühüm önəm kəsb edir. Bu mənada seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Lakin bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri “boykot” qərarı onların çirkin niyyəti ilə bağlıdır. Onlar bu seçkilərdə də biabırçı şəkildə məğlub olacaqlarına əmindir. Azərbaycan cəmiyyəti isə hər zaman olduğu kimi həqiqətə, reallığa, xoşbəxt gələcəyə, güclü, qalib dövlət anlayışına səs verməklə radikallara layiqli cavab vermiş olacaq.
Elməddin Əsgərxanov YAP Bərdə rayon təşkilatının sədr müavini

