Bu gün 7 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi.
Bu gün 7 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi.Tədbirdə QRTİ Bərdə rayon üzrə Təhsil Sektorunun nümayəndələri Əliyev Elxan, Hüseynova Kifayət iştirak etdilər.Məktəbin direktoru Mustafayeva Mehparə qonaqları salamladı, hamıya xoş arzularını çatdırdı.
Tədbirdə Şaxta baba əyləncəli oyunlarla şagirdlərin sevincinə rəng qatdı.İstedadlı şagirdlərimiz qalib Azərbaycanınızı tərənnüm edən nəğmələr,şeirlər və Yeni ilə ,bəzənmiş yolkaya həsr olunmuş mahnılarla məktəbli yoldaşlarının əyləncəsini daha da maraqlı etdilər.Tədbirin ərsəyə gəlməsində əməyi olan, iştirak edən və dinləyən hər kəsə təşəkkürümüzü bildirir, bayramlar münasibətilə ürəkdən təbrik edirik!







