İranın Azərbaycana kartof ixracı açıqlanıb
Cari İran ilinin 9 ayı (21 mart -21 dekabr 2023) ərzində İranın Azərbaycana kartof ixracı 8,3 milyon dollar dəyərində təxminən 22,4 min ton təşkil edib.
ARANTV.AZ xəbər verir ki, bu, İranın Kənd Təsərrüfatı və Kənd Kooperasiyaları Mərkəzi Birliyinin (Central Union of Rural And Agricultural Cooperatives of Iran) hesabatında öz əksini tapıb.
Hesabata əsasən, 9 ay ərzində İranın kartof ixracında Azərbaycan 4-cü yeri tutub.
Hesabatda qeyd olunur ki, ötən İran ilinin son üç ayı (22 dekabr 2022 – 20 mart 2023) ərzində İranın Azərbaycana kartof ixracı təxminən 6,01 milyon dollar dəyərində təxminən 15 min ton təşkil edib. Cari İran ilinin son 3 ayında (22 dekabr 2023 – 19 mart 2024) kartof ixracının daha çox olacağı gözlənilir.
Qeyd edək ki, cari İran ilinin 9 ayı ərzində İranın kartof ixracı 72,1 milyon dollar dəyərində 196 min ton təşkil edib. Kartof ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 169%, çəki baxımından 154% artıb.

