Onların 1 milyon 350 min nəfəri müzdla işləyənlər, 750 min nəfəri pensiyaçılardır.
Bunu Əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə Əmək və social siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu ilin fevral ayından həyata keçirilən birinci sosial paket 3 milyon nəfər vətəndaşın sosial rifahının yüksəldilməsində mühüm rol oynayıb. “Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamlar isə 2 milyon nəfərdən çox vətəndaşın əməkhaqqının və pensiyasının artımına əhəmiyyətli dərəcədə təsir göstərəcək”.
Sosial islahatlarla bağlı həyata keçirilən tədbirlərdən, elektron bazanın DOST mərkəzlərinin yaradılmasından danışsan nazir deyib ki, bu il həyata keçirilən birinci sosial paketin illik maliyyə yükü 2 milyard manatdır: “İkinci sosial paket isə 2 milyon 100 min nəfər vətəndaşı əhatə edir. Bu paketin illik xərci 2 milyard manata yaxın olacaq. Amma 2019-cu yerdə qalan dövrü üzrə bu istiqamətdə 660 milyon manat yönəldiləcək”.
Nazir deyib ki, ikinci sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olacaq: “Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir. 750 min nəfərin isə pensiyasında artım baş verəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir”.
S.Bbaayev əlavə edib ki, sosial paketlər çərçivəsində ayrılacaq vəsaitlər iqtisadi inkişaf nəticəsində qazanılan pullardır: “Bu vəsait Dövlət Neft Fondundan ayrılan transfertlər deyil”.
mənbə: olke.az
