Sosial 

Şəfalı əllər

Mən uzun illər səhhətimdə problemlər yaşadığım üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etmişdim. 30 ildən çoxdur özümü bu xəstəxananın həkimlərinə  etibar etmişəm. İndi isə həmin xəstəxananın həkimlərinin peşəkarlığından, səmimiyyətindən, öz vəzifə borclarını layiqincə yerinə yetirmələrindən danışmaq istəyirəm. Həmin xəstəxanada 50 ildən çox baş həkim kimi çalışmış Həsənağa müəllimdən sonra baş həkim işləmiş Fəxrəddin Cavadovdan. Müalicə aldığım illərdə dəfələrlə reanimasiya şöbəsində yatdım. Şöbənin müdiri Fikrət Əfəndiyevə və yuxarıda adlarını qeyd etdiyim həkimlərə Allahdan rəhmət diləyirəm!

Hal-hazırda həmin xəstəxanada baş direktor işləyən Musa Abbasova əvvəlki nizam-intizamı qoruyub saxladığına görə, bütün həkim personalına, tibb işçilərinə öz təşəkkürümü bildirirəm. Əgər, kimlərinsə adını çəkə bilmədimsə, məni bağışlasınlar. Allah sizdən razı olsun. Sizlərin fədakar əməyiniz qarşılığında təşəkkür etməyi özümə borc bildim. Bir daha əmin oldum ki, müstəqil Azərbaycanımızın bilikli həkimləri dünyanın heç bir ölkəsində yoxdur. Biz onları hər zaman qiymətləndirməliyik.

Məmmədov Məzahir Mustafa oğlu,
İkinci qrup əlil

Daha çox xəbərlər