Millət vəkilindən Milli Qəhrəmanlarla bağlı – YENİ TƏKLİF

Deputat birdəfəlik kompensassiya almayan Milli Qəhrəmanlara da birdəfəlik kompensasiyanın verilməsini təklif edir.
ARANTV.AZ  “Ölkə.Az”a istinadla xəbər verir ki, belə bir təklifflə millət vəkili Aydın Hüseynov bu gün Milli Məcliisn İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda Milli Qəhrəmanların bir qismi birdəfəlik kompensasiya almaqdan məhrumdurlar.
“Kompensassiya ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra olan Milli Qəhrəmanlara verilir. Ancaq elə şəxslər var ki, 1991-ci ilin 18 oktyabr tarixinədək Milli Qəhrəman adı alıblar. Bunlara kompensasiya verilmir. Bunlarla bağlı ayrıca dövlət başçısına müraciət ediləcək. Amma mən təklif edərdim ki, elə SDMF-dən ayrılan 150 milyon manatın bir qismi həmin şəxslərə kompensasiya verilməsinə yönəldilsin”,- deputat bildirib.