Siyasət 

MSK səslərin 93,3 faizini sayıb: İlham Əliyev 92,05% səslə liderdir – YENİLƏNİB + VİDEO

Seçki məntəqələrinin 93,32 faizindən daxil olan məlumatlar əsasında prezident seçkisinin ilkin nəticələri açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.

Qeyd edilib ki, həmin nəticələrə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 səs faizi ilə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19% faizini, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8%, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2% Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53% faizini toplayıb.

07.02.2024 – 23:20

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində səsvermənin məntəqələrin 54.47 faizindən alınmış məlumatların nəticələri açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.

O bildirib ki, 125 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev səslərin 92,1 faizini toplayıb.

“Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,2 faizini, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,47 faizini toplayıb”.

Etibarlı sayılmış 2 milyon 711 min 804 səsin hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 497 min 542 səs toplayıb

Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb:

Oruc Zahid Məhərrəm oğlu – 59 min 719 səs;

Mustafa Fazil Qəzənfər oğlu – 53 min 986 səs;

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 48 min 315 səs;

Nurullayev Razi Qulaməli oğlu – 21 min 406 səs;

Musayev Elşad Nəbi oğlu – 17 min 855 səs;

Əliyev Fuad Ağasi – 12 min 981 səs.

Daha çox xəbərlər