Cəmiyyət 

Ailədə işvəli-nazlı bir qadına çevrilmə taktikaları

Cinsi arzunuzu artırmaqözünüzü işvəli və seksual bir qadın olaraq hiss etmək üçün Azad qadın. az- dakı bu xəbərimdə göstərilən 11 taktika işinizə yaraya bilər.
Cəhd edin!
Özünüzü yorğun, əldən düşmüş, seksdən uzaq hiss edirsinizsə özünüzü toplamaga ehtiyacınız var deməkdir. Bu mövzuda sizə köməkçi olacaq bəzi təkliflərimiz var. Özünüzü daha işvəli, seksual qadın kimi hiss etmək üçün, cinsi istəyinizi artıracaq sadə yolları mütləq sınaqdan keçirin.
 
Köpük və buxar vannası edin
Stress, libidonu aşağı salan başlıca faktorlardandır. Bol köpüklü vanna kefi, üstünüzdəki: “Bu axşam olmaz əzizim” deməyinizə yol açan ruh halınızın dağılmasına kömək edər. Vanna kefinizi cüt olaraq etmək də aranızda güclü bir cazibə və istəyə təkan verə bilər. Elə isə hamamı oyun meydançasına çevirin! 🙂
Uşaqlıq əzələlərini məşq etdirin
Plevrik əzələləri işlətmək, seksdən daha çox zövq almanızı təmin edər. Elə isə uşaqlıq əzələsi məşqi edin. Yəni plevrik əzələlərinizi sanki tuvaletiniz gəlirmiş, ancaq siz saxlayırsınız kimi sürətli bir şəkildə sıxıb buraxın: möhkəmləndirin, buraxın. Bu məşq, cinsi orqanların əzələlərinə, klitor bölgəsinə və vajinanıza qan axışının güclənməsini təmin edəcək. Beləcə seksə hazır, şəhvət dolu bir hala gələ bilərsiniz.
 Bir qədəh qırmızı şərab için
Florensiya Universitetində edilən bir araşdırmaya görə, gündə bir ya da iki qədəh qırmızı şərab içmək, qadınların cinsi arzularını artırır. Yaşları 18 ilə 50 arasında dəyişən 800 qadınla aparılan araşdırmada, qırmızı şərab içən qadınların cinsi funksiyaları anketində ən üst səviyyəyə çatmışdır. Tədqiqatçılar qırmızı şarabdakı antioksidantların qan damarlarını genişlətmə və beləcə erogen bölgəyə qan axışını artırma təsiri olduğunu düşünürlər.
 Seksual alt paltarları geyinin
Öz moda şounuzu özünüz yaradın! Məsələn şamları yandırın, jartiyerinizi geyinin, üstünə də kürkünüzü, “catwalk” şouya başlayın. Başa düşürəm, bir az yüngül hərəkət kimi gəlmiş ola bilər sizin üçün. Amma heç olmazsa seksual alt paltarları ilə özünüzü daha seksual hiss etməyə çalışa bilərsiniz. JARTİYER çox şişirdilmiş görünürsə, busqaltersiz bir şəkildə əyninizə ağ köynək geyinməyi təcrübə edin. Ya da qara və tül bir gecəliyin seksi görünüşündən faydalanıb, alt paltarlarınızın seçimində yenilik edin. Əyninizdəki geyimlər özünüzü daha işvəli hiss etmənizi təmin edəcək, görəcəksiniz!…
Bir fantaziya həyata keçirin
Yoldaşınızı işdən evə çağırın və hər hansı bir izahat vermədən əvvəldən fikirləşdiyiniz cinsi fantaziyalarınızı həyata keçin. Fantaziya, erotizmin gizli xəzinəsikimidir. Necə bir fantaziya həyata keçirə biləcəyiniz mövzusunda qərar qəbul etmək üçün qadınların cinsi fantaziyaları haqqında yazılanlara göz ata bilərsiniz.
 Yataq otağınızı seksual bir məkana çevirin
Yataq otağınızı yalnız bir yuxu otağı olmaqdan çıxarıb, seks vahəsınə çevirməyi heç düşündünüzmü? İşə çox sadə bir yerdən başlaya bilərsiniz. Məsələn: lampaların üstünə qırmızı şarf atmaqdan … Qırmızı, hisslərinizi alovlandıracaq, sizin ehtirasınızı daha da cuşa gətirəcək… İndi isə buyurun: yoldaşınızla yataq otağında qəhvəaltı edərək, eşq rejiminə keçə bilərsiniz.
Sevgi üçün formada qalın
Məşq etmək, çılpaq bədəninizin daha yaxşı görünməsini təmin edər və seks edə biləcək ruh halına girmənizə köməkçi olar. Məşq, bir ehtiras artırıcıdır. İdman əsnasında qan, bədəninizin hər hissəsinə daha təsirli bir şəkildə yayılır.
Ətir iyləyin
Qoxular, duyğuları hərəkətə gətirər. Özünüzü daha işvəli hiss etmək və seksə hazırlamaq istəyirsinizsə, yoldaşınız yanınızda olmadıqda onun ətrindən bir az iyləyin. Bu, sizin cinsi arzunuzu canlandırma aromaterapiyası yaratmaq kimidir. Xüsusilə ada çayı, ilanq-ilanq, patçuli ya da jasmin istifadə edin. Xatırladaq ki, bu ətirlər endorfin (xoşbəxtlik hormonu) təmin edən hipofizi fəallaşdırır.
Erotik bir yataq dəsti alın
Pambıq kimi yumşaq parçalardan olan dəstlər istifadə edin. Hansı parçaya daha rahat bürünə biləcəyinizi xəyal edin. Satin çox da praktik deyil. Yumşaq qumaşlı dəstləri yatağınıza sərin və onları bir eşq dəstinə çevirin. Sonrası sizə qalır!
 Şokolad və pendir yeyin
Ən az yüzdə 70% kakao ehtiva edən qara şokolad, xəbərdarediciliyi təmin edən bir nevrotransmitter (sinir daşıyıcı) olan PEA-nı (phenylethylalanine) yüksəldir. Əgər özünüzü yorğun hiss edirsinizsə seks edəcək gücü artırmaq üçün şəkər və kafein sizə kömək edər. Pendirdə, şokoladdan daha çox PEA daxildir. Cinsi arzunuzu sürətlə artırmaq istəyirsinizsə şokolad və pendir yeyin. Riyazi əməl çox sadədir: Pendir + şokolad + seks = UĞUR + uğur +uğur.
 Musiqinin gücündən faydalanın
Fonda seksual ab-havanı xatırladan mahnılara yer verərək, öz ruh halınızı seks arzu edəcək hala gətirin. Musiqi ilə güzgü qarşısında ritmə uyğun rəqs etməyə nə deyərsiniz? Özünüzü izləmək, özünüzü daha seksual hiss etməyinizi və ehtiraslanmağınızı asanlaşdırar.

Daha çox xəbərlər