Dünya 

Arvadına verdiyi 8 Mart hədiyyəsinə görə həbs olundu

Rusiyanın Osinnikovski Şəhər Məhkəməsi martın 8-də həyat yoldaşına hədiyyə olaraq mənzilinə ağ at gətirən 33 yaşlı yerli sakini bir günlük həbs edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, kişi Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsi (“Xırda xuliqanlıq”) ilə inzibati xəta törətməkdə təqsirli bilinib.

Həbs olunan şəxs deyib ki, gecə saatlarında sərxoş halda fəhlə işlədiyi Krasnaya Orlovka kəndindəki heyvandarlıq fermasından atı aparıb və ailəsinə göstərmək üçün cilovdan tutaraq evinə gətirib. Kişi və heyvan pilləkənlərlə beşinci mərtəbədəki mənzilə qalxıblar və bir saat yarımdan sonra fermaya qayıdıblar.

Onun sözlərinə görə, həyat yoldaşı baş verənlərə yumorla reaksiya verib və bütün bunları 8 Mart üçün sürpriz kimi qəbul edib. Eyni zamanda kişi özü də əməlini izah edə bilməyib, tövbə edib və bir daha spirtli içki içməyəcəyinə söz verib.

Daha çox xəbərlər