İSLAM 

“Bəzi insanlar Ramazan ayını dieta ayı kimi qəbul edib” – İLAHİYYATÇI

Ramazan ayı ilə əlaqədar orucu pozan hallar ən çox verilən suallardandır. İnsanlar arasında oruc tutarkən unutqanlıqdan yemək, içmək, diş fırçalamaq, saqqız çeynəmək kimi halların orucu pozduğuna dair şübhələr yaranır. Bəs orucu pozan hallar hansılardır?

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Sonxeber.az-a açıqlama verib:

“Orucu pozan halları bilmək üçün Quran-i-Kərimə baxmaq lazımdır. Çünki İslam dininin yeganə mənbəyi Qurandır. Quranda 183 ayədən 187-ci ayəyə qədər olan mövzularda bu məsələlər işıqlandırılır. Ramazanın Quran ayı olması və müqəddəs kitabın həmin ayda göndərilməsi ilə bağlı olduğu bildirilir. Əfsuslar olsun ki, bəzi insanlar Ramazan ayını dieta ayı kimi yaxud iftar-sahur ayı olaraq qəbul edib. Qurana baxdığımız zaman orucu pozan 3 əsas məsələ var. Yemək, içmək və intim münasibətdir. Başqa orucu pozan heç bir amil yoxdur”.

Daha çox xəbərlər