8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi
Bu gün 7 nömrəli tam orta məktəbdə 8mart-Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Mehparə.Mustafayeva8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək bildirmişdir ki, Azərbaycan qadını hər zaman özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə seçilmiş, Şərqdə ilk dəfə seçki hüququ da Azərbaycan qadınına verilmişdir. Bununla da ölkəmizdə qadına verilən qiymət bir daha öz təsdiqini tapmışdır.
Sonra məktəblilər müxtəlif səhnəciklər təqdim etmiş, şeir və mahnılar səsləndirmişlər.



