Hadisə 

Dəhşətli qəzada yaralanan vəzifəli şəxs BAKIYA GƏTİRİLDİ

Dünən Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində zamanı xəsarət alan sürücü Bakıya gətirilib.

Kliniki Tibbi Mərkəzdən Publika.az-a verilən məlumata görə, “VAZ 21 015” markalı avtomobilla toqquşan “Lada Priora”nın sürücüsü, 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu xəstəxanaın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, dəhşətli qəzada Biləsuvar rayon sakinləri – “VAZ-21015” markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüb.

Qəzada xəsarət alan hər iki sürücü və İsmətli kənd sakinləri – 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Lada Priora” markalı avtomobilin sürücüsü Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər