Cəmiyyət 

Tiktoker “Vaqa” polis idarəsinə çağırıldı: Qanuni tədbir görüldü – YENİLƏNİB + VİDEO

“Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan tiktoker polis idarəsinə dəvət olunub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Dövlət Yol Polis İdarəsindən (BŞDYPİ) bildirib.

Qeyd edilib ki, sürücü Vüqar Zeynalzadə idarəyə dəvət edilib, onunla profilaktiki söhbətlər aparılıb:

“Eyni zamanda, tiktokerin barəsində qanunvericiliyə uyğun tədbir görülüb”.

13:56

Bakıda tiktoker yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı “Vaqa” adlı tiktoker öz sosial şəbəkə hesabında paylaşım edib.

O, canlı yayım açıb və “rəis, nömrəsiz maşın gəlir”, – deyərək yol hərəkəti qaydalarını pozan sürücünü təqib edib.

Nəticədə tiktoker özü də dəfələrlə kobud qayda pozuntularına yol verib.

Həmin görüntüləri təqdim edirik:

Daha çox xəbərlər