Şou biznes 

Afaq Aslanın qonaqları…

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən azərbaycanlı model- müğənni Afaq Aslan yeni brendini yaradıb. ARANTV.AZ xəbər verir ki, o, öz adını daşıyan brendinin təqdimatını Dubayda qapalı adada keçirərək premium tədbirlə təqdim edib. Təzə libasları görmək üçün tədbirə xeyli sayda dünyanın bir çok ölkələrindən zadegan təbəqənin xanımları, bir çox böyük iş adamları da iştirak edib. ARANTV.AZ-a açıqlama verən Afaq bildirib ki, dünya məşhurlarının öz adına brend yaratdığı kimi o da belə bir addım atıb: “Azərbaycanda mən ilk müğənniyəm ki, öz adıma brend yaratmışam. Məqsədim yaratmış olduğum brendi dünya moda arenasına çıxarmaq və dünyaya tanıtmaqdır. Afaq Aslan brendi mənə aid olan hər şey üstündə olacaq. Hədəflərim çox böyükdür. Bundan böyük daha nə uğur ola bilər. Mən sözümü əbəs yerə deməmişdim. Bu markamı yaradanda dedim və dediyimi də elədim. Qısqanc insanlar bunu həzm etməyib min söz deyəcəklər. Qoy çatlasınlar” , – deyə Aslan vurğulayıb. Necə deyərlər “Hər barmağında bir mərifət” olan model və dizayner bildirib ki, sözügedən kolleksiyasında yer alan geyimlərini bütün dünyada tanıtmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əsas qapılardan biridir.

 

Daha çox xəbərlər