5 nəfəri öldürməkdə ittiham olunan Əhmədin ailəsinin məzarları – VİDEO
Əhmədin amansızlıqla qətlə yetirdiyi ailə üzvlərinin məzarlarının görüntüsü yayılıb.
Sonxeber.az xəbər verir ki, görüntülərdə Mehman Əhməd oğlu Əhmədov, Pikə Bədəl qızı Əhmədova, Məhəmməd Mehman oğlu Əhmədov, bacısı Elmira Mehman qızı Əhmədova və onun beş yaşlı qızın məzarı öz əksini tapıb.
Xatırladaq ki,1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb.
O cümlədən, bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun qızı beş yaşlı Niftəliyeva Ülviyyəni qətlə yetirib.
Həmin görüntüləri oxuculara təqdim edirik:

