Bakıda 85 yaşlı kişini kəlbətinlə öldürən şəxsə — AĞIR CƏZA
ARANTV.AZ xəbər verir ki, onun şikayəti ilə bağlı məhkəmə iclası Bakı Apellyasiya məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə iyul aynın 3-də keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.
O, günahını etiraf edib.
İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sakit Mirzəyev məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Ölkə.Az

