Kriminal 

Rusiyalı çempionu öldürdü

Rusiyanın Samara vilayəti üzrə cüdo çempionu Yevgeni Kuşnerin qətlində şübhəli bilinən azərbaycanlı həbs edilib.

ARANTV.AZ  unikal.org-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Tolyatti şəhərində ələ keçib.

Hadisə iyunun 25-də Tolyattidəki “Levşa” kafesində baş verib. Kafedə borc üstündə baş verən dava zamanı Kuşnerə kəsici alətlə bir neçə zərbə vurulub.

Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.

Daha çox xəbərlər