Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında Novruz bayramına həsr olunmuş tədbir keçirilmiş, Novruz adət-ənənələrimiz körpə fidanlarımıza yüksək bayram əhval-ruhiyyəsi ilə aşılanmışdır.
Leyla Məmmədova.


