Hayastanın feyki, Bakının faktı
Ermənistan öz çirkin əməllərini ört-basdı etmək məqsədilə dezinformasiyalar üzrə tam ustalaşıb desək yanılmarıq. Haylar məhz 30 il müddətində dezinformasiyaları ilə ərazilərimizi işğal altında saxlamağa, şəhər və kəndlərimizi viran qoymağa, öz vandallıqlarını ört-basdər etməyə nail olmadılarmı? Ermənistan bu gün də həmin murdar “üsul”undan bəhrələnməkdədir. Yəni, təcavüzkar ölkə Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir.

Belə ki, erməni “Telegram” kanallarında guya Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsinə dair məlumatların yayılb. Halbuki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməyib. Bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirib ki, “Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub: “Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir”. Yəni, bu kimi məlumatlar tamamilə feyk və dezinformasiya xarakteri daşıyır. Şübhəsiz, bu, Ermənistanın Azərbaycana qarşı dezinformasiya müharibəsinin genişləndirməsinin daha bir nümunəsidir.

Amma Azərbaycanın Ukraynaya humanitar yardıdm göstərməsi sirr deyil. Yeri gəlmişkən qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin elə ilk günlərindən Azərbaycan dövləti humanitar yardımlara başlayıb və bu siyasət intensiv şəkildə davam etdirilir. Xüsusilə ölkəmiz İrpen şəhərinin bərpasında və yenidən qurulmasında yaxından iştirak edir. Bir mühüm faktı da xatırlatmaq yerinə düşərdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilir ki, ümumilikdə, Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib. Bu, Azərbaycan humanizm ideallarına sadiqlik nümunəsidir.
Ötən il iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyev ilə görüşündə Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirmiş və bunun çox yüksək qiymətləndirildiyini vurğulamışdır. Bu il fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşündə də bu məsələ diqqət mərkəzində olmuşdur. Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini bir daha diqqətə çatdırmışdır.
Azərbaycanın bu addımı beynəlxalq aləm tərəfindən müsbət dəyərləndirilir. Hətta martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberq Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuata bəyanatında bildirmişdir ki, mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram: “Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”. Təbii ki, bütün bu sadaladımız arqumentlər hayların feykinə qarşı tutarlı faktlardır.
Şübhəsiz, Ermənistanın bu kimi addımları dünyada söz sahibi olan Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönəlib. Lakin bu kimi dezinformasiyaların ölkəmizi öz haqq yolundan heç zaman yayındıra bilməyəcək.

