Dünya 

Ermənistan prezidentinin saytından qondarma qurumun adı ilə bağlı söz yığışdırıldı – FOTO

Ermənistan prezidentinin rəsmi saytından əvvəllər istifadə edilmiş “Artsax” (Azərbaycanın Qarabağ bölgəsinə ermənilərin verdikləri qondarma ad – red.) sözü silinib.

Bu barədə Ermənistan mətbuatı xəbər paylaşıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı bölməsindəki bütün məlumatlar silinmişdi.

 

Daha çox xəbərlər