Cəmiyyət 

Nazirlik “Azərsu” ASC-ni məhkəməyə verir – FOTO

Bakı şəhəri Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı araşdırma aparılıb.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Daha çox xəbərlər