Təhsil 

Baş nazirdən orta ixtisas təhsili ilə bağlı QƏRAR

“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.

ARANTV.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Texniki və texnoloji ixtisaslar qrupu” hissəsinə Uçan aparatların texniki istismarı ixtisası əlavə edilib.

Eləcə də Qərara əsasən, Xüsusi təyinatlı ixtisaslar qrupu yaradılıb və Müdafiə fəaliyyəti (sahələr üzrə) ixtisası bura əlavə edilib.

Daha çox xəbərlər