2024-cü ilin aprel ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondundan “İki sahil”ə verilən xəbərə görə, onların 449 min nəfərdən çoxu aylıq sosial müavinət, 395 min nəfərdən çoxu isə təqaüd alanlar təşkil edib.
