Hadisə 

Bakıda DƏHŞƏT: 16-cı mərtəbədən özünü atdı, komendantın üstünə düşdü – HƏR İKİSİ ÖLDÜ

Bakıda dəhşətli intihar hadisəsi olub.

Hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsində özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.

Nəticədə binadan özünü atan gənc və komendant yerindəcə keçiniblər./Lent.az

Daha çox xəbərlər