Sosial şəbəkədə İsmayıllı rayonunun Topçu meşəsində çəkilən görüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub.
Səyyah fotobloqer Ceyhun Abdullanın çəkdiyi görüntülərdə yol kənarında fəaliyyət göstərən restoranlar zibilləri təbiətə tökərək, anti-sanitar və xoşagəlməz vəziyyət yaradıb.
Ceyhun Abdulla görüntüləri çəkərkən, meşədə anti-sanitar vəziyyəti ərəb və hindistan turistlərinin deyil, azərbaycanlıların yaratdığını vurğuluyub.
Həmin görüntüləri sizə təqdim edirik:
