Putin Mehriban Əliyevanı təltif etdi
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.
ARANTV.AZ xəbər verir ki, Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenə layiq görülüb.
Bununla bağlı müvafiq qərar Rusiya Prezidentinin rəsmi internet portalında dərc olunub.oxu.az

