BƏDBƏXT OLAY: Azyaşlı hovuzda boğuldu
Samux rayonunda bədbəxt hadisə yaşanıb.
Hadisə rayonun Sərkar kəndində qeydə alınıb.
2014-cü il təvəllüdlü Həsənli Zeyid ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun həyətlərindəki hovuza düşərək boğulduğu deyilir.
Azyaşlı hazırda özəl xəstəxanalardan birinə yerləşdirilib. Samux rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.
BAKU.WS

