Ailə FACİƏSİ – İki qardaş bir gündə öldülər
Avqustun 11-də saat 5 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Ə.Məhərrəmovun idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurmuşdur.
ARANTV.AZ xəbər verir ki, nəticədə İ.Əhmədovun sərnişinlərindən həmyerliləri Arif Tanrıverdiyev və onun qardaşı Mübariz hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.big.az

