Cəmiyyət 

Bağlarda gilas niyə azalıb?

Bu mövsüm Qubanın gilas bağlarında məhsuldarlıq aşağı düşüb.

Aprel-may aylarında qeydə alınan qeyri-sabit hava şəraiti təsərrüfat sahiblərinə ciddi ziyan vurub.

Təsərrüfat sahibləri bildirirlər ki, ötən illə müqayisədə bağlarda məhsuldarlıq çox zəifdir:

“Təxminən 20 ton gilas götürməli idik. Amma iki ton gilas yığa biləcəyik. Bu da xərclərimizi ödəmir. Keçən il gilasın qiyməti 3-4 manat idi, bu il isə 4-6 manat arasında dəyişir”, – deyə təsərrüfat sahibi İmran Teymurov söyləyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

 

Daha çox xəbərlər