Cəmiyyət 

6 keçmiş hakim vəkil kimi fəaliyyətə başlayıb

Əvvəllər hakim işləmiş 6 nəfər Vəkillər Kollegiyasına üzv seçilib.

 

ARANTV.AZ xəbər verir ki, bunu bu gün Vəkillər Kollegoyasının keçirilən iclasında çıxışı zamanı Kollegiyanın sədri Anar Bağırov deyib.

 

O qeyd edib ki, vəkilik fəaliyyəti ilə məşğul olmuş 6 nəfər qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb.

 

Anar Bağırov bildirib ki, 3 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edir. Beləliklə, vəkillərin sayı 2502 nəfərə çatıb.

Daha çox xəbərlər