Deputat oğlunun saxlanılmasından DANIŞDI
ARANTV.AZ xəbər verir ki, Deputat İqbal Məmmədov oğlunun və sahibi olduğu “Relax” istirahət mərkəzinin altı əməkdaşının saxlanılması ilə bağlı “Ölkə.Az”-a danışıb.
Saxlanma faktını təsdiqləyən deputat bildirib ki, hadisə vergi əməkdaşları ilə deyil, turistlərlə olub:
“Vergi əməkdaşları ilə deyil, turistlərlə bizim işçilər arasında anlaşılmazlıq yaranıb. Hazırda vergi işçiləri “Relax”da yoxlamaları davam etdirirlər”.

