Cəmiyyət 

İspaniyada uşaqlarda piylənmə əleyhinə mübarizə komitəsi yaradılır

İspaniya Nazirlər Şurası bu ölkənin Səhiyyə Nazirliyinin nəzdində uşaq yaşlarında piylənmə ilə mübarizə komitəsinin yaradılmasını təsdiq edib.

AZƏRTAC xəbər verir ki, “Uşaqlarda piylənmənin azaldılması üzrə Milli Strateji Plan” 2030-cu ildə başa çatmalıdır və İspaniyada yetkinlik yaşına çatmayanların sağlamlığının yaxşılaşdırılması üçün 200 tədbiri ehtiva edir.

İspaniyanın səhiyyə naziri Monika Qarsianın sözlərinə görə, uşaqlıqda piylənmə aysberqin görünən hissəsidir. O əlavə edib: “Bir çox hallarda piylənmənin və ya artıq çəkinin səbəbi ispan azyaşlıların rifahının aşağı olmasıdır”. Bu, həmçinin sağlam Aralıq dənizi pəhrizinə və ya məşqə cəlb edilməkdə problemlərlə əlaqələndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, piylənmə XXI əsrin ən böyük sağlamlıq problemlərindən biridir və xüsusən də aztəminatlı ailələrə təsir göstərir. Belə ki, artıq çəki uşaq və yeniyetmələrin sağlam böyüməsini əngəlləyir və nəticədə piylənmə ehtimalının iki dəfə çox olması problemə çevrilir.

Milli Seroloji Tədqiqat olan “ENE-COVID 2023”ə görə, İspaniyada 2-17 yaş arası yetkinlik yaşına çatmayanların 30 faizi, yəni onda biri piylənmədən əziyyət çəkir. İfrat piylənmənin yayılması isə 2,1 faiz təşkil edir. Məlumatlarda bu göstəricinin qızlara nisbətən oğlanlarda daha yüksək səviyyəsi və piylənmənin ən çox yayılmasının 10-13 yaş arasında olduğu qeyd edilir.

Daha çox xəbərlər