Gündəm 

Karantin otaqları yaradıldı – Meymunçiçəyi ilə bağlı nəzarət ARTIRILIR

Hindistan hakimiyyəti meymunçiçəyi xəstəliyinin yayılma riski ilə yanaşı, sərhəd nəzarətini gücləndirmək qərarına gəlib.

Sfera.az xəbər verir ki, bu barədə ANI xəbər agentliyi məlumat yayıb.

Hindistan Banqladeş və Pakistanla quru sərhədlərinə xüsusi diqqət yetirəcək. Liman və hava limanlarında da nəzarət gücləndiriləcək.

Ölkəyə gələnlərdə meymunçiçəyi xəstəliyinə xas simptomların olub-olmaması yoxlanılacaq. Eyni zamanda, ölkənin ən böyük xəstəxanalarında meymunçiçəyi diaqnozu qoyulanların hamısının yerləşdiriləcəyi karantin izolyasiya otaqlarının yaradılması prosesinə başlanılıb.

Daha çox xəbərlər