Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycanı Strasburqla vidalaşmağa təhrik edirlər

By Vüsal Rafiqoğlu
30.08.2024 4 Min Read

AŞ PA-nın davam edən əsassız tələbləri Bakıya alternativ seçim imkanı qoymur

AŞ PA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabenin rəsmi Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi haqqında qərarını tənqid etməsi Strasburq-Bakı münasibətlərini daha da gərginləşdirib.

Avropa Şurası Parlament Assambleyasının Prezidenti Teodoros Rusopulos da Azərbaycan XİN-in AŞ PA-nın müəyyən üzvlərinin Azərbaycanda arzuolunmaz şəxs hesab ediləcəyinə dair bəyanatına reaksiya verib: “Bu, Azərbaycanın Avropa Şurasındakı mövqeyini yalnız çətinləşdirəcək təəssüf doğuran siqnaldır. Üzv ölkələr demokratiya standartlarına hörmət edəcəklərinə dair öhdəlik götürüblər. Öz vicdanına uyğun səs verənlərin “qara siyahı”ya salınması yalnız əks-nəticə verə bilər”.

Yada salaq ki, Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin AŞ PA-da hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib. Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edəcək.

Bəzi ekspertlərə görə isə Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və Avropadakı erməni lobbisinin maraqlarına cavab verə bilər. Belə ki, Azərbaycanın iştirak etmədiyi AŞ PA-da Ermənistan və erməni lobbisi Azərbaycan əleyhinə qətnamələr qəbul edilməsinə çalışacaq. Azərbaycanın Avropa Şurasından çıxmasından Rusiyanın da faydalanacağını iddia edənlər var. Sirr deyil ki, Kremlin əsas hədəfi bölgə ölkələrinin Avropa ilə deyil, Rusiya ilə yaxınlığına nail olmaqdır. Halbuki Azərbaycan iqtisadi səbəbdən də Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir. Amma belə görünür ki, AŞ PA-nın davam edən əsassız tələbləri Bakıya alternativ seçim imkanı qoymur.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov 

VI Çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında AŞ PA-nın Qərbin təcavüzkar niyyətlərinin alətinə çevrildiyini qeyd etdi: “Azərbaycanın Avropa Şurası ilə münasibətlərində müşahidə olunan hazırkı gərgin durum Bakıdan qaynaqlanmır və birmənalı şəkildə AŞ PA-nın Qərbin təcavüzkar niyyətlərinin alətinə çevrildiyinin göstəricisidir. Sirr deyil ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına dair qərarı verərkən bu mövqeyini əsaslandıracaq izah ortaya qoya bilməmişdi. Görünən odur ki, Avropa Şurası Parlament Assambleyası özünün təsis ideallarından açıq formada kənarlaşaraq, insan haqları və demokratiyanı ayrı-ayrı dövlətlər üzərində təzyiq mexanizminə çevirib bəzi üzv dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının suveren haqları üzərində nəzarət imkanları əldə etməyə çalışır. Lakin tam siyasi və iqtisadi cəhətdən müstəqil dövlət kimi özünü təsdiq etmiş, hərbi-siyasi qələbələri ilə regionun əsas güc mərkəzinə çevrilmiş Azərbaycanın bu kimi çirkin konfiqurasiyalarla təsir altına salınması, təbii ki, mümkün deyil”.

Deputat AŞ PA üzvlərinin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı qərarın da tam yerində verildiyini söylədi: “Prezident İlham Əliyev özü də dəfələrlə bəyan edib ki, heç kəs bizim iradəmizə təsir edə bilməz. Belə bir məqamda, heç bir əsaslandırma aparmadan, yaxud əsaslandırmaları qondarma səbəblər üzərində qurulan qərara münasibətdə Azərbaycanın adekvat davranışları, daha konkret desək, nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən AŞ PA üzvlərinin ölkəyə girişinin qadağan edilməsi yerində və səbatlı addım hesab olunmalıdır. Öz ərazisinə kimi buraxıb-buraxmamaq Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan suveren haqqıdır və bu gün artıq qərəzliliyi və qeyri-obyektiv davranışları heç kimdə şübhə doğurmayan bir təsisat olan AŞ PA-nın ayrı-ayrı rəsmilərinin, o cümlədən Parlament Assambleyasının prezidentinin bu məsələni şərh etməsi, yaxud pisləməsi beynəlxalq hüququn prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə növbəti dəfə qarışmaq cəhdidir. AŞ PA prezidenti Rusopulosun isterik münasibəti təşkilatın özünün dilemma qarşısında qaldığını göstərir. Aydındır ki, Azərbaycanın Avropa ilə münasibətləri Avropa Şurası, yaxud Avropa Şurası Parlament Assambleyası üzərindən həyata keçirilmir. Azərbaycan Avropanın 10-a yaxın dövləti ilə strateji tərəfdaşlıq müqaviləsinə malikdir və Avropanın, o cümlədən Avropa Şurasına üzv olan bir çox dövlətlərin enerji təhlükəsizliyində, dolayısı ilə milli təhlükəsizliyində həlledici söz sahibidir. Bu mənada, Avropa Şurası Parlament Assambleyası Prezidentinin iddia etdiyi çətinləşmə Azərbaycanın yox, əslində Avropa Şurasının özünün vəziyyətinin ifadəsidir. Şvabe kimi muzd hesabına fəaliyyət göstərən, sifarişli çıxışlar edən və ləyaqətini satmış siyasətçilərin dili ilə danışan bir təsisat yaxşı olar ki, ilk növbədə problemi özündə axtarsın. Əlbəttə, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsinə sadiqdir və bizim üçün dialoq mühiti alternativsizdir. Bu mənada, biz Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərimizin kəsilməsini arzulayan tərəf deyilik, lakin bizim üçün suveren haqlarımız, milli maraq və mənafelərimiz istənilən beynəlxalq təsisatla münasibətlərdən daha önəmlidir”.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli çox sərt danışdı: “Əgər Avropa Şurası Parlament Assambleyasının Prezidenti Teodoros Rusopulos hesab edirsə ki, Azərbaycana qarşı açıq qərəz nümayiş etdirən, qarayaxma kampaniyası aparan, sifariş icra edən kəslər “öz vicdanlarına uyğun səs veriblər”, bu o anlama gəlir ki, AŞ PA müəyyən istisnalar olmaqla, AŞVA-ya – Avropa Şurası Vicdansızlar Assambleyasına çevrilib və belə olduğu təqdirdə ədalət prinsiplərini, milli ləyaqət hissini hər şeydən üstün tutan ölkəmizin bu təsisatda qalmağına heç bir ehtiyac yoxdur. Maraqlıdır ki, AŞ PA başbilənləri öz səhvlərindən nəticə çıxarmaq əvəzinə, heç bir effektiv nəticə verməyəcək “yumşaq təhdid” yolunu seçiblər. Bu isə AŞ PA-da, 2004-cü ildən başlayaraq, özünü daha qabarıq büruzə verən çatların daha da dərinləşməsi deməkdir.

Azərbaycan Frank Şvabe kimi marionet siyasətçilərin əli ilə oynanan qaydasız oyunların mahiyyətini çox yaxşı başa düşür. Avropa Şurasında rol dəyişdirən qrupların və onların sahiblərinin niyyətlərini dərindən anlayır və bundan nəticə çıxarmağı bacarır. Hazırda Avropa Şurasının, Azərbaycan da daxil olmaqla, 47 üzvü var. BMT-nin isə 193 üzvü var. Deməli, BMT üzvü olan ölkələrin 152-si Avropa Şurasının üzvü deyil. Onların arasında kifayət qədər inkişaf etmiş ölkələr var. Deməli, Avropa Şurası və onun PA-sı olmadan da yaşamaq mümkündür.

Məsələnin Rusiya kontekstindən birbaşa şərh və təqdim edilməsini doğru saymıram. Azərbaycanın Avropa Şurasına üzvlüyü Rusiyanın maraqlarını təhdid etmədiyi kimi, ölkəmizin bu təsisatı tərk etməsi də Moskvaya böyük anlamda heç nə vermir. Geosiyasi proseslərin sürətli inkişafı isə onu deməyə əsas verir ki, indi hər bir ölkə milli maraqlarının və təhlükəsizliyinin təmin olunduğu, daha aydın və birmənalı mahiyyət daşıyan platformalar üzərindən həyata keçirilən real və bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. Bu qəbildən olan təhdidlər qarşısında ölkəmizin geriyə çəkilməsi mümkün deyil. Təhdid dili qarşısında geri çəkilmək bu amillə barışmaq anlamına gəlir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda işçisi biznesmenin ölümünə səbəb olub – 650 min manatı necə alıb?

Next

Azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqların sayı açıqlandı- RƏSMİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv