Hadisə 

Gədəbəydə FACİƏ! İstirahət üçün yerdə uzanan kişinin üzərindən yük maşını keçdi

Gədəbəydə bədbəxt hadisə baş verib.

Hadisə rayonun Gərgər kəndində qeydə alınıb.

1973-cü il təvəllüdlü Elman Musayev biçənək sahəsində ot preslərini tanışı Maarif Əmiraslanovun “QAZ 3307” markalı avtomobilinə yükləyib. Daha sonra Elman Musayev istirahət etmək məqsədilə avtomobilin arxa təkərləri yanında uzanıb.

Bu zaman Maarif Əmiraslanov avtomobili arxaya doğru hərəkət etdirərək Elman Musayevin üzərindən keçib. Nəticədə Elman Musayev ölüb.

Faktla bağlı araşdırma aparılır.//Report

Daha çox xəbərlər