Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.

Belə ki, 20-BL-353 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil hərəkət zamanı idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü – Hüseynov Rasim və iki sərnişin yaralanıb.

Hadisə zamanı sözügedən şəxslərin toydan qayıtdığı və sürücünün sərxoş vəziyyətdə olduğu bildirilib. Qəzaya səbəb isə yüksək sürət olub.

Faktla bağlı araşdırmalar davam edir.Unikal.org