Dünya 

Moskva aeroportlarında 40-dan çox reys təxirə salındı

Şənbə günü Moskva aeroportlarında 31 reys təxirə salınıb və 12 reys ləğv edilib.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı RİA Novosti agentliyi “Яндекс.Расписание” xidmətinə istinadla yayıb.

Xidmətin məlumatına görə, yerli vaxtla saat 07:45-dək “Vnukovo” aeroportunda 6 reys təxirə salınıb, 2-si ləğv edilib. “Domodedovo” hava limanında isə 25 reys təxirə düşüb, daha 10 reys ləğv olunub.

Rusiya paytaxtının hava limanlarında yaranmış problemin səbəbləri barədə məlumat verilmir.

Daha çox xəbərlər