Hadisə 

“Tofaş” beton piltəyə çırpıldı: yaralılar var – FOTO

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 22 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

50-CM-013 dövlət nömrə nişanlı “Tofaş” markalı minik avtomobili yoldan çıxaraq betona çırpılıb, 4 nəfər xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.
"Tofaş" beton piltəyə çırpıldı: yaralılar var - FOTO"Tofaş" beton piltəyə çırpıldı: yaralılar var - FOTO

Daha çox xəbərlər