İslam dini söyüşə söyüşlə cavab verməyə icazə verirmi?
İslam dini söyüşə söyüşlə cavab verməyə icazə verirmi?
İslam dini insanlarda ən gözəl əxlaqi dəyərləri yetişdirmək və inkişaf etdirmək məqsədini daşıyır. İnsanın əxlaqi tərəqqisinə xidmət edən hər bir davranış dinimizdə bəyənilir və təşviq edilir. Əksinə, əxlaqi tənəzzülə səbəb olan hər bir əməl və xüsusiyyət isə məzəmmət olunur. Söyüş söymək hər hansı məqsəd və bəhanə ilə olursa-olsun, mənfi əməldir. İslam dini heç bir halda söyüş söyməyə icazə vermir və söyüşü söyüşlə qarşılamağı da bəyənmir. Müqəddəslərimiz onları təhqir edən şəxslərə heç vaxt təhqirlə cavab verməmişlər. Əksinə, həmin şəxsləri xoş sözlərlə dindirmiş, mənfi münasibətin səbəbini araşdırmağa çalışmışlar. Bu mehribanlıq sayəsində məsumların xeyli düşməni peşman olub tövbə etmiş və Əhli-beyti sevənlərin cərgəsinə qoşulmuşlar. Dinimiz bizdən də bu cür münasibəti tələb edir. Söyüş qarşısında qarşı tərəfi nəsihətlə bu yoldan çəkindirmək, mümkün olmadıqda isə susmaq və həmin yeri tərk etmək məsləhətdir. Bu, acizlik və qorxaqlıq deyil, ədəb əlamətidir.
