Tək övladını Şəhid vermiş Arzu Hüseynova ana və atasını vaxtsız itirmiş-BƏRDƏLİ QAZİ SAMİR SÜLEYMANOVA TOY ETDİ… – FOTOLAR – YENİLƏNİB
16 may 2024-cü il tarixində-axşam saatlarında Bərdəli İkinci Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı, ailənin iki övladından biri, tək bacının tək qardaşı, 26 yaşlı, ana və atasını vaxtsız itirmiş Samir Teymur oğlu Süleymanovun toy mərasimi keçirilib.
Toyun təşkilatçısı isə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad Elməddin Hüseynzadənin anası Arzu Hüseynova olub.
Qeyd edək ki, Bərdəli, Alaçadırlı, 23 fevral 1998-ci il təvəllüdlü Qazi Samir Süleymanov Bakılı Ülviyyə Mustafayeva ilə ailə həyatı qurub.
Məclisdən öncə bəylə gəlin Bərdə Şəhidlər Xiyabanını ziyarət edərək, bir-bir Şəhid məzarlarının üzərinə gül dəstələri qoyub, Şəhidlərin məzarları qarşısında baş əyiblər.
Sonra bəylə gəlin “Gold Mətin” şadlıq sarayına, toy məclisinə üz tutublar və alqış sədaları altında toy zalına daxil olublar.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Daha sonra bəylə gəlinin dövlət və dini nikahı kəsilib.
Çıxışlar edilib.
Çıxışlarda ailə həyatı quran yeni cütlüyə xoşbəxtlik, bəxtəvərlik, ailə səadəti arzulanıb.
Eyni zamanda, toyun baş tutmasına, təşkilatçılığa görə Şəhid anası Arzu Hüseynovaya minnətdarlıq ifadə olunub.
Bir-birinin ardınca gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.
Gözəl bir gün, gözəl anlar yaşanıb.
Allah bir ömür boyu xoşbəxt və bəxtəvər etsin, yeni cütlüyü, Ülviyyə ilə Qazi Samiri!
Gözəl ailə, övlad sahibi olsunlar!
Milyon kərə Amin!
***
FOTOLAR:










***

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

