Gündəm 

Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu

Ulu öndərin təhsil siyasəti ölkəmizin uğurlarının əsasını qoyub

Azərbaycanda 2024-2025-ci il tədris ili başlandı. 16 sentyabrdan respublikanın bütün orta və ali məktəblərində yeni dərs ilinə start verildi. Ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycanda təhsilin inkişafına göstərdiyi qayğı fəaliyyətində xüsusi yer tutub.

Heydər Əliyev təhsili cəmiyyət həyatının ən öncül strateji əhəmiyyətli sahəsi hesab edirdi. O, iqtisadiyyatın, həmçinin cəmiyyətin başqa sahələrinin də təhsilə əsaslandığını, onun üzərində qurulduğunu vurğulayaraq qeyd edirdi ki, “Əgər bizim yüksək təhsil potensialımız, güclü kadr potensialımız olmasa, nə iqtisadi, nə elmi, nə də sosial potensiala malik ola bilmərik. Yaxşı təhsil ölkənin gələcək inkişafı üçün yaxşı əsas yaradılması deməkdir… Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Yüksək bilik səviyyəsinə nail olmaq üçün isə təhsil ardıcıl surətdə inkişaf etdirilməlidir. Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır”.

Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən gündən başlayaraq Azərbaycan təhsilinin inkişaf etdirilməsi, o dövrün ən aktual tələblərinə cavab verməsi üçün əlindən gələni edib. Təhsil ekspertləri onun təhsil siyasətini xronoloji baxımdan iki hissəyə bölməklə təhlil edirlər: 1969-1982-ci illər – Ulu öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsindəki və  müstəqil Azərbaycana  prezidentliyi dövründə fəaliyyəti. Həmçinin hesab edirlər ki, Heydər Əliyevin təhsil siyasətindən danışarkan aşağıdakı sahələrə ayrı-ayrılıqda diqqət edilməlidir: 1.Orta və ibtidai peşə təhsili sahəsi; 2.Ali təhsil sahəsi; 3.Hərbi təhsilin inkişaf etdirilməsi.

Ulu öndər Heydər Əliyevin zamanında Azərbaycanda orta məktəblərin sayında böyük yüksəliş olduğu məlumdur. Eyni zamanda Azərbaycanda ilk dəfə hərbi məktəbin açılması da Heydər Əliyevin Azərbaycan üçün ən böyük tarixi xidmətlərindən biri sayılır. Ulu öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə azərbaycanlı gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazandılar. Zamanın tələblərinə cavab verən yüksək təhsilli kadrların yetişməsində bu siyasətin misilsiz faydaları var idi.

Azərbaycan təhsilini inkişaf etmiş dünya dövlətlərinin təhsil standartları ilə əlaqələndirmək, son nəticədə isə həmin standartlara cavab verən milli təhsil sistemi yaratmaq üçün mükəmməl bir islahat proqramının hazırlanmasına və həyata keçirilməsinə nail olub. Azərbaycanda ali təhsil tarixində ilk dəfə 1993-1994-cü dərs ilindən etibarən ikipilləli ali təhsilə – bakalavr və magistr təhsili sisteminə keçilib.

Məlum olduğu kimi, Azərbaycanın dövlət müstəqilliyinə qovuşması təhsil quruculuğu sahəsində əsaslı islahatların başlanması üçün yeni imkanlar və üfüqlər açdı. Bu baxımdan, 1998-ci il martın 30-da Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam xüsusi əhəmiyyətə malikdir. 1999-cu il 15 iyunda Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” isə XXI əsr Azərbaycan milli təhsil sisteminin aydın strategiya və konsepsiyasını müəyyənləşdirmişdir. İslahat proqramı təhsilin idarə olunmasında yeni prinsiplərin bərqərar olunmasını, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasını, dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsini təxirəsalınmaz vəzifə kimi qarşıya qoymuşdu. Bu məsələləri uğurla həyata keçirmək məqsədilə Heydər Əliyev 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb… Bu fərman ölkəmizdə təhsilin təşkili və inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu proses Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Belə ki, Prezident İlham Əliyev 21 avqust 2004-cü il tarixdə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”na dair Sərəncam imzalamışdır. Hazırda bu sərəncamdan irəli gələn vəzifələr layiqincə yerinə yetirilir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi və siyasi strategiyanın möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inam və cəsarətlə davam etdirilməsi Azərbaycan dövlətinə yeni-yeni nailiyyətlər qazandırır. Regionun lider dövləti statusunun daha da möhkəmləndirilməsi və dünyanın aparıcı dövlətləri sırasında yerinin qətiləşməsi üçün etibarlı zəmin yaradır.

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Tural İsmayılov 

Bu mövzuda “Yeni Müsavat”a danışan Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov bildirdi ki, tələbələrin hansı ixtisasa yiyələnməsindən asılı olmayaraq, ali təhsil alan gənclər arasında milli ideologiyanın sistemli təbliğ olunması dövlət üçün faydalıdır. Ona görə ki, çağdaş dünyada təhsilli gənclərin aparıcı qüvvəyə çevrilməsi get-gedə sürətlənir: “Azərbaycançılıqla bağlı orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində, xüsusilə də ali məktəblərdə hətta seminarların da keçirilməsi, məncə, gərəklidir. Ona görə ki, biz gənclərimizə bütün təhsil ocaqlarında, o cümlədən universitetlərdə azərbaycançılığı aşılamalıyıq. Hər hansı bir sosial sistemdə ideya konkret olmayanda, bu, müəyyən fəsadlara gətirib çıxarır. Ona görə də inkişaf üçün hökmən ideyanın aydın olması vacibdir. Bütün məqamlar nəzərə alınmaqla, düşünürəm ki, azərbaycançılıqla bağlı ali məktəblərdə təbliğat, seminarlar keçilməlidir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına miras qoyduğu bu möhtəşəm ideologiya daha geniş şəkildə, daha mahiyyətli formada gənc nəslə çatdırılmalıdır. Gənc nəsil bilməlidir ki, Azərbaycan dövlətinin mövcudluğunda, inkişaf etməsində, bütövlüyündə bu ideologiyaya bağlılığın müstəsna rolu var”.

Hazırladı: Etibar SEYİDAĞA

Daha çox xəbərlər