Gənc cütlük nikahdan cəmi 5 dəqiqə sonra öldü- FOTOLAR
Gənc cütlük nikahlarından cəmi 5 dəqiqə sonra faciəvi şəkildə can verib.
ARANTV.AZ xəbər verir ki, Amerikanın Texas ştatında baş verən hadisə hər kəsi üzüb. Belə ki, 19 yaşlı Harle Morgan və 20 yaşlı Rhinnon Morgan adlı gənclərin nikah mərasimi baş tutub. Mərasim başa çatdıqdan sonra yeni evli cütlük salondan çıxaraq maşına miniblər.
Yalnız 5 dəqiqə sonra qarşıdan gələn tırla toqquşub. Talesiz cütlük hadisə yerindəcə can verib. Onların ardınca digər maşında gələn bəyin anası isə qəzanın canlı şahidi olub və gördüklərindən şoka düşüb:
“Uşaqlıqdan bir-birini sevirdilər. Amma nikahlarından cəmi 5 dəqiqə keçib. Onların qan içində qalan cəsədlərini maşından çıxardığım anlar gözümün önündən getmir. Onların son halını heç zaman unutmayacam”.





BiG.AZ

