Cəmiyyət 

Baş Prokurorluğun rəhbər heyəti Zəfər parkında olub

 

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti paytaxtda yerləşən Zəfər parkında olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, prokurorluq əməkdaşları parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

Daha çox xəbərlər