Azərbaycanda bayram namazı qılındı – YENİLƏNİB
Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.
Musavat.com xəbər verir ki, Təzəpir məscidində bayram namazı 09:00-da qılınıb.
***
08:00
Bakıda Əjdərbəy məscidində Qurban bayramı namazı qılınıb.
Musavat.com Report-a istinadən xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı mayın 27-28-də qeyd olunur.

