Cəmiyyət 

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının anım günüdür

Şəhidimiz 1993-cü il fevralın 23-də Bakı şəhərində anadan olub.
Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Daha çox xəbərlər